Su uğrunda savaş

“Efiopiyanın Hedasi su anbarı ilə bağlı yaranmış fikir ayrılığı bölgədə müharibəyə səbəb ola bilər”.
Qahirədə fəaliyyət göstərən Ərəb Su Şurası belə xəbərdarlıq yayıb. Açıqlamada bildirilir:

Сегодня 27 минут назад
Ac qarına bu meyvənin şirəsini için

“Efiopiya qəbuledilməz mövqeyini dəyişməlidir. Su üzərində müharibənin başlaması şiddətli və dəhşətli fəsadlara yol açacaq. Düşmən qazanmaq üçün bundan böyük səbəb ola bilməz”.

Qeyd edək ki, Efiopiya Nil çayı üzərində yerləşən Hedasi su anbarının tikintisini tamamlamaq üzrədir. Efiopiya Afrikanın ən böyük su anbarından əldə ediləcək elektrik enerjisindən həm öz ehtiyacını ödəməyi həm də satmağı planlaşdırır. Suni gölün su ilə doldurulması isə Nil çayı üzərində yerləşən digər ölkələrdə ciddi su qıtlığı yaradacaq.
 

Сегодня 44 минут назад
Oynaqları bərpa edən qədim üsul