Türkiyə "Google"u cərimələyib

Türkiyə hakimiyyəti “Google” şirkətini ölkənin rəqabət qanunlarını pozduğuna görə 296 mln. lirə (36,6 mln. ABŞ dolları) məbləğində cərimələyib.

Сегодня 27 минут назад
Erkən boşalmanı cəmi 2 günə aradan qaldıran üsul

Bildirilir ki, "Google" rəqiblərini xaric edərək ümumi axtarış nəticələrinin üstündə mətn elanları yerləşdirib. Bununla da şirkət məzmun bazarında sadə axtarış nəticələrini çətinləşdirərək qanunu pozub.

İstintaq texnoloji nəhəngin "Google Reklamcilik ve Pazarlama Ltd.", "Google International LLC", "Google LLC", "Google Ireland Ltd." və "Alphabet" törəmə şirkətlərinə qarşı aparılıb.

Xatırladaq ki, 2019-cu ildə Avropa Komissiyası "Google"u internet reklamına dair Avropa İttifaqının antiinhisar qaydalarını pozduğuna görə 1,69 mlrd. dollar cərimələmişdi.
 

Сегодня 44 минут назад
Oynaq agrilari üçün vasitə